• $
  • £

Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür
14.02.2017 09:45
Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
 
İlk oyun günündə iki qarşılaşma baş tutacaq ki, bunlardan birinə xüsusi diqqət var. Təbii ki, söhbət Fransada oynanılacaq PSJ – "Barselona” görüşündən gedir. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər ikinci yeri tutmuş və "Barsa”ya rəqib olmuşdular. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar. Əlbəttə ki, bu gün fransızların əsas qol ümidi cari mövsüm qolçuluq bacarığını nümayiş etdirən Edinson Kavani olacaq.
 
"Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Meydan sahiblərində Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta cəzalıdısa, qonaqların heyətində Aleyş Vidal, Xavyer Maskerano, Rafinya və Arda Turan zədədən əziyyət çəkirlər.
 
Günün digər matçında "Benfika” ilə Dortmund "Borussiya”sı üz-üzə gələcəklər. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadı. Amma "Borussiya”nın Madrid "Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
 
14 fevral
23:45. "Benfika” (Portuqaliya) – "Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
23:45. PSJ (Fransa) – "Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol