• $
  • £

Formula 1 biletləri yeni qiymətə təklif olunur

Formula 1 biletləri yeni qiymətə təklif olunur
14.02.2017 14:00
Bakı Şəhər Halqası "Sevgililər Günü” münasibətilə yeni kampaniyaya start verib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, "Birini alana, o biri yarı qiymətə” şüari altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula 1 həvəskarlarını yeni hədiyyələr gözləyir.

Bildirilir ki, bu yay Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcək. Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və "Azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq.

Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən "Sevgililər Günü” kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu hoteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.

Qeyd edək ki, "Sevgililər Günü” kampaniyası bu gündən etibarən keçərlidir və biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycurcuit.com/az) əldə edə bilərsiniz.

Bu möhtəşəm kampaniyadan əlavə olaraq, iyun ayında keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri, o cümlədən bir və ikigünlük biletlər (qiyməti müvafiq olaraq 70-125 AZN və 180-440 AZN arasında dəyişir və xarici valyuta ilə ödəniş edənlər üçün bu qiymət həmin günün məzənnəsinə görə hesablanacaq), 2-15 yaşlarında olan tamaşaçılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli "Azyaşlı” biletləri və birgünlük Ayaqüstü Yerlər üçün olan biletlər Formula 1 azarkeşlərinə təklif olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol