• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Prezident Türkiyənin naziri ilə görüşüb

Prezident  Türkiyənin naziri ilə görüşüb
23.02.2017 16:20
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
 
APA-nın məlumatına görə, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb.
 
Dövlət başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirib, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş edib.
 
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
 
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib. Dövlət başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.
 
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.
 
APA-nın xəbərinə görə, bun barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol