• $
  • £

Bakıda Formula 1-ə görə hazırlıq işləri başlayır

Bakıda Formula 1-ə görə hazırlıq işləri  başlayır
24.02.2017 08:46
Formula 1 ilə əlaqədar Bakıda tikinti işləri artıq başlayır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, "pitstop" binası olan yerdə, yəni Hökumət Evinin qarşısında işlərə başlanılıb. O qeyd edib ki, işlər insanlara heç bir maneçilik törətmədən aparılır: "Əsas tikinti işlərınə may ayından başlanılacaq".

N.Arpadarai əlavə edib ki, bilet satışı da normal qaydada davam edir: "Bilet satışı ilə əlaqədar ikinci, fevral kampaniyası davam edir, yəni kampaniya çərçivəsində bir bilet alana, ikinci bilet 50 faiz endirimlə satılır. Biletlər 40-dan çox ölkədən alınıb və nəticələrdən razıyıq. Azərbaycan vətəndaşları da biletlər alırlar. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr sırasında Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, ərəb ölkələri var. Hətta Argentinadan da biletlər alınır".

N.Arpadarai əlavə edib ki, Formula 1 ilə bağlı maraqlı konsert proqramı hazırlanır: "Üç konsert proqramının olması gözlənilir. Hələ ki, konsert proqramında kimlərin olacağı açıqlanmır. Amma bilet alan insanlar üçün maraqlı bir əyləncə proqramı olacaq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol