• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Mehriban Əliyevadan təbriklərə cavab

Mehriban Əliyevadan təbriklərə cavab
24.02.2017 20:16
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib.

"Qafqazinfo” Azərtac-a istinadən həmin təşəkkürü təqdim edir:

"Əziz dostlar!

Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.

Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.

Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olmuşdur.
İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.

Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.

Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır.

Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.

Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.

Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.

Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.

Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.

Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol