• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

İcra başçısı şəhidin dəfnindən danışdı

İcra başçısı şəhidin dəfnindən danışdı
01.03.2017 11:53
Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat yayılıb. 

"Qafqazinfo”nun məlumatına görə, mərhumun atası Nazim Cəfərov Turan-a bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən ona "Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur” cavabı verilib.

Məsələ ilə bağlı "Qafqazinfo” Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilə əlaqə saxlayıb. İcra başçısı bildirib ki, şəhidin valideynləri, yaxınları yüksək mədəniyyətli insanlardır və onların dəfnlə bağlı heç bir şikayət və ya arzusunu eşitməyib. Keşlədə yerləşən "Şəhidlər Xiyabanı”nda dəfn məsələsinə gəlincə isə icra başçısı bildirib ki, orada lap əvvəllərdən indiyə qədər yalnız həmin qəsəbənin sakinlərindən şəhid olanlar dəfn olunub:

"Şəhidimiz Zakir Cəfərov isə Rüstəm Rüstəmov küçəsində qeydiyyatdadır. Onun ana tərəfi keşləli olduğuna və qohumları orada yaşadığına görə ailəsinin xahişi ilə yas mərasimini həmin ərazidə keçiririk. Şəhidimiz bütün rayon rəhbərliyinin və SOCAR prezidenti, deputatımız Rövnəq Abdullayevin də iştirakı ilə böyük ehtiramla torpağa tapşırılıb. Mən özüm də müavinlərimlə bərabər daim həmin ailənin yanındayam”.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol