• $
  • £

Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi

Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi
02.03.2017 09:40
Nüvər Xasıyev 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilib.

REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev tutduğu vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, N.Xasıyev 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilib.

Bununla əlaqədar nazir Azad Rəhimov ona uzun illər ərzində göstərdiyi xidmətləri qarşılığında təşəkkürünü bildirib. S.Məmmədova hələlik vakant posta yeni təyinatın olmadığını əlavə edib.

N.Xasıyevin özü isə "Report"a açıqlamasında istefasını belə şərh edib: "Yanvarın 10-da 65 yaşım tamamlandı. Pensiya yaşı çatan daha 4 əməkdaşımız müqavilə üzrə işini davam etdirmək üçün ərizə yazmışdı. Mən də ərizə yazsaydım, onlardan birinin ərizəsinə baxılmaya bilərdi. Bunu isə özüm istəmədim. Çünki səhhətimdə problemlər var. Nəticədə nazir Azad Rəhimov məni qəbul etdi və təşəkkürünü bildirərək, yola saldı".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsi tabeliyində 6 sektor fəaliyyət göstərir. Nüvər Xasıyevdən əvvəl İradə Rüstəmzadə dopinqə qarşı mübarizə, Mütalib Həsənov isə idman məktəbləri sektorunun müdiri vəzifəsindən azad olunub. Nicat Həsənov silsiləvi və oyun idman növləri, Cəbrayıl Həsənov tətbiqi idman növləri, Aydın Məmmədov kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri kimi fəaliyyətini davam etdirir. Kadr islahatları idman şöbəsinə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərlik etməsindən sonra aparılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol