• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Novruz Məmmədov qırğızları suçladı

Novruz Məmmədov qırğızları suçladı
04.03.2017 15:00
"İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamədə əsas məsələ ölkələrin özlərinin iqtisadi inkişafını daha yüksəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi ortaya qoyulub".
 
APA-nın məlumatına görə, bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
N. Məmmədov bildirib ki, bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe idi.
 
"Bununla bağlı üzv dövlət səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil. Biz həmişə bu ölkə ilə əməkdaşlıq edirik və edəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub. Bu qətnamədə qeyri-adi heçə yoxdur. BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır. Azərbaycan prezidentinin Brüsseldə görüşlərdə də qeyd olundu ki, təəssüf ki, indiki zamanda yaxşı dövlət rəhbəri məsələsi defisitə çevrilib. Həqiqətən də dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə, gərginlikdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır", - deyə PA rəsmisi vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol