• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Abel Məhərrəmovun oğlu Ollandla görüşüb – FOTOLAR

Abel Məhərrəmovun oğlu Ollandla görüşüb – FOTOLAR
07.03.2017 12:38
Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib.

Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə, Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.

Fransanın Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə, təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.

Xatırladaq ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol