• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Məmmədyarov: “Hökumət islahatlar həyata keçirir”

Məmmədyarov: “Hökumət islahatlar həyata keçirir”
07.03.2017 18:26
"İyirmi faiz işğal olunmuş ərazi, bir milyondan çox qaçqın və məcburi köçkün - bütün bunlar ciddi sosial yükdür. Buna görə də Azərbaycan iqtisadiyyatını intensiv şəkildə inkişaf etdirir. İqtisadiyyatın inkişafı bu əsrin əvvəlində bizim ölkəmiz üçün lokomotiv rolunu oynadı. İlk növbədə buna enerji sektoru, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi zəmin yaratdı. Bu layihə Bakı və regionların iqtisadiyyatının inkişafına ciddi töhfə verdi”.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib. Nazir dünya bazarına neftin qiymətinin düşməsinə toxunub: "Hazırda neftin qiymətinin düşməsi ilə biz elə bir vəziyyətlə üzləşmişik ki, iqtisadiyyatın diversifikasiya edilməsi çox vacibdir. Qiymətin üç dəfə düşməsi Azərbaycan büdcəsinə ciddi təsir edib və hətta ÜDM bir qədər azalıb. Hazırkı dövlət büdcəsində biz neftin qiymətini 40 dollardan hesablamışıq. Azərbaycan neftinin qiyməti hazırda 55 dollardır. Ona görə də, stabillik mümkündür”.
 
E. Məmmədyarov qeyd edib ki, hökumət biznesin yenidən təşkili və özəlləşdirmə üzrə böyük islahatlar həyata keçirir: "Azərbaycanda investisiyanın bir neçə istiqamətləri var, biz bu istiqamətləri çox vacib hesab edirik. İlk növbədə bu, nəqliyyatla bağlıdır. Biz Şimal-Cənub və Qərb-Şərq nəqliyyatlarından danışırıq. Lakin bunların hansının daha prioritet olması hələlik məlum deyil. Hazırda Azərbaycanın yerləşdiyi coğrafi mövqeni nəzərə alaraq hər iki variantın maraqlı və cəlbedici olduğunu söyləmək olar. Bu bazar günü Azərbaycan prezidenti İlham Əliyev Tehranda səfərdə olub. Ötən il Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində Şimal-Cənub nəqliyyat dəhlizi üzrə bəyannamə qəbul edilib. Hər 3 ölkə bu istiqamətdə böyük "ev tapşırığı” yerinə yetirib. İran tərəfi 150 km-lik dəmir yolu xətti tikməlidir. Azərbaycan hətta bu layihəyə investisiya qoymağa hazırdır. Orada bir qədər gömrük və sərhəd xidməti məsələsində bəzi problemlər var. Bu nəqliyyat xəttinin yaxın 2-3 ildə yaxşı şəkildə işləməsi də mümkündür”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol