• $
  • £

Çempionlar Liqasında 1/4 finala çıxan iki komanda bəlli olub

Çempionlar Liqasında 1/4 finala çıxan iki komanda bəlli olub
08.03.2017 10:00
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, diqqətlər London və Neapola yönəlib.
 

İlk matçda "Arsenal”a 5:1 hesabı ilə qalib gələn "Bavariya” Londona şanslı yollanmışdı. Meydan sahibləri 22-ci dəqiqədə hesabı açıblar. İlk hissə bu hesabla başa çatsa da, ikinci yarıda "topçular" əsl şok yaşayıblar. Ard-arda qolları sıralayan münhenlilər ilk oyundakı hesabı təkrarlayıblar - 1:5.
 
Günün digər matçında "Napoli” "Real”ı qəbul edib. Neapollular Madriddə keçirilən ilk oyunda hesabı açan tərəf olsa da, "Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Çempionlar Liqasının son qalibi bu görüşdə eyni ssenari ilə qalib gəlib. Əvvəlcə meydan sahibləri hesabı açıblar. Fasilədən sonra isə madridlilər 3 qol vuraraq növbəti mərhələyə adlayıblar.
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
7 mart
 
"Arsenal” (İngiltərə) – "Bavariya” (Almaniya) - 1:5
Qollar: Uollkot, 20 - Levandovski, 55 (pen.), Robben, 68, Kosta, 78, Vidal, 80, 85
 
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun - 1:5
 
"Napoli” (İtaliya) – "Real” (Madrid, İspaniya) - 1:3
Qollar: Mertens, 24 - Ramos, 52, 57
 
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun - 1:3
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol