• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”

Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
09.03.2017 10:35
"Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan çıxış edib.

Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ siyasətçilər hesab oluna bilərlər: "Lakin əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”.

Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır: "Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib. Rusiya "broker” kimi fəaliyyət göstərir, lakin faktiki olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır”.

Erməni politoloq bildirib ki, Ermənistanda siyasi partiyaların Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur.

"Bu parlament seçkilərindəki mübarizədə ən mühüm amildir. Ərazilərin Azərbaycana qaytarılması ideyasını Levon Ter-Petrosyan açıq şəkildə irəli sürür. Hansı ki, bu, yeni deyil, hələ 1988-ci ildən etibarən o, vəzifəsinə sadiqdir. Azərbaycana ərazilər qaytarılacaq, hətta Dağlıq Qarabağ rəhbərliyi (işğal edilmiş ərazilərdə yaradılan qondarma "DQR” rejimi-red) də razılaşacaq və deyiləni yerinə yetirəcək. Heç bir əks fikir ola bilməz”, - deyə erməni politoloq qeyd edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
Siyasət 10:35
Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
Məhv edilən erməni hərbçisi mayor imiş – FOTOLAR
Siyasət 12:29
Məhv edilən erməni hərbçisi mayor imişFOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol