• $
  • £

İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək

İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək
10.03.2017 16:45
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Bəs İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?

ANN.Az xəbər verir ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə Modern.az-a açıqlamasında deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. 

Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına "Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.

 "Buraya "Halal” sertifikatı olan bütün məhsullar daxildir:

1. Bişirilmiş və emal edilmiş ət
2. Çiy ət
3. Bütün pendir növləri

 Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının "Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.

"Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır.

Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, "Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol