• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Azərbaycanlı gimnastlar Dünya kubokunda azarkeşlərdən böyük dəstək gözləyir - FOTO

Azərbaycanlı gimnastlar Dünya kubokunda azarkeşlərdən böyük dəstək gözləyir - FOTO
10.03.2017 22:40
 Azərbaycanlı idmançı qızlar idman gimnastikası üzrə Dünya kuboku zamanı azarkeşlərdən böyük dəstək gözləyir.

Bunu Trend-ə azərbaycanlı gimnast Yuliya İnşina deyib.

İdmançının sözlərinə görə, onların qarşısında dayanan əsas məqsəd finala çıxmaqdır: "Əgər buna nail olsaq, əlbəttə ki, medallar uğrunda mübarizə aparacağıq. Amma rəqabəti də unutmaq lazım deyil. Bu dəfəki Dünya kuboku ötən ilkindən fərqli olaraq daha güclüdür. Çoxlu adlı-sanlı idmançılar olacaq. İlk dəfə Çin iştirak edir, Yunanıstandan nümayəndələr olacaq. Ötən il asan idi, bu il çətin olacaq”.

Milli komandanın yeni üzvü Yekaterina Tişkovanın fikrincə, komanda yarışlara yaxşı hazırlaşacaq: "Biz yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəyimizə ümidvarıq. İlk növbədə finallara düşmək lazımdır. Mən özüm müxtəlif hündürlüklü qollarda çıxş edəcəyəm”.

Y.Tişkova qeyd edib ki, bu onun milli komanda ilə ilk çıxışıdır: "Finala çıxışı yaxşı nəticə kimi qəbul edəcəyəm, orada artıq mükafatlar uğrunda mübarizə aparmağa çalışacağıq. Əlbəttə, biz öz rəqiblərimizi tanıyırıq. Rumıniyanın, Çinin, Türkiyənin güclü nümayəndələri var”.

Gimnast qeyd edib ki, onlar Milli İdman Gimnastika arenasında məşq ediblər: "Biz bütün alətləri sınaqdan keçirmişik. Zal yarışlara tam hazırdır. Azarkeşlərin böyük dəstəyinə ehtiyac olacaq, ona görə hər kəsi yarışlara gəlməyə çağırıram”.

Gimnast Mariya Smirnova qeyd edib ki, bu, komandanın bu il ilk yarışıdır: "Biz çalışacağıq ki, nəyə qadir olduğumuzu göstərək. Nə isə proqnozlaşdırmaq çətindir, çünki yarışda hər şey ola bilər”.

M.Smirnova Dünya kubokunda ölkəni dayaqla tullanmada təmsil edəcəyini deyib: "Hər ölkə bir növdə iki idmançı ilə təmsil oluna bilər, biz isə dörd nəfərik. Ona görə bizi növlərə bölüşdürmək qərara alınıb. Mən və K.Tişkova bir alətlə, digərləri 3 alətlə çıxış edəcək”.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol