• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Qarabağ tamamilə azad olunacaq - BİR ŞƏRTLƏ...

Qarabağ tamamilə azad olunacaq - BİR ŞƏRTLƏ...
16.03.2017 09:40
Ermənistan hazırda 4 böyük ölkənin addımlarını izləyir

Ermənistanın Qafqaz regionunda yürütdüyü xarici siyasət Dağlıq Qarabağ münaqişəsi ətrafında sərtliyi ilə yadda qalıb. Ona görə də rəsmi İrəvanın beynəlxalq siyasətdə vəziyyəti xeyrinə dəyişmək üçün şansı azalıb.

Bunu Rusiya Federasiyası hökuməti yanında Maliyyə universitetinin politologiya departamentinin dosenti Qevorq Mirzayan "Vestnik Kavkaza" saytına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Ermənistanda bütün səviyyələrdə gərgin müzakirələrə səbəb olub. Rusiya prezidenti Vladimir Putin və R.T.Ərdoğanın görüşdə Ankara və Moskva arasında bütün istiqamətlər üzrə münasibətlərin möhkəmlənməsi üzrə razılığa gəlməsi İrəvanda böyük narahatlığa səbəb olub.

"Halbuki bu, Ermənistanın xeyrinədir. Beynəlxalq münasibətlərin reallığını anlamayan insanlar Rusiya və Türkiyənin yaxınlaşma prosesini başa düşmürlər. Əslində iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qədər möhkəmlənməsi Ermənistana sərf edir. Çünki bu, ona zəmanəət verir ki, Türkiyə Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı çıxmayacaq", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, belə maraqlar arasında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası da var.

"Əgər Ermənistan çalışsa ki, Qarabağda yeni müharibə olmasın, Rusiya və Türkiyə ilə münasibətləri şərtsiz yaxşılaşdırmaq üçün əlindən gələni etməlidir. Belə olan halda heç bir tərəf sərhədlərdə problem yaratmayacaq", - deyə Qevorq Mirzoyan bildirib.

Onun sözlərinə görə, regionda vəəziyyətin qəfil dəyişməsi Ermənistanı gözləmə möqeyinə yönləndirib: "İrəvan gözləyib görməlidir ki, Rusiya-Türkiyə-İran-ABŞ dördlüyü hansı nəticələr verəcək. Əgər Ermənistan bu ölkələrdən birinin tərəfini tutsa, hansına qarşı çıxsa, İrəvan üçün çox pis nəticələnəcək və sərbəst hərəkət etmək bacarığını tamamilə itirəcək, Qarabağda döyüşlər Azərbaycanın xeyrinə dəyişəcək"

Q.Mirzayan deyib ki, Ermənistan artıq 1915-ci il hadisələri ilə bağlı siyasətini də dəyişməlidir. Onun sözlərinə görə, 1915-ci il hadisələri "erməni soyqırımı" adlandırılmamalıdır.

"İstərdim ki, üçüncü ölkələrdə "erməni soyqırımı"nın tanınması ətrafında yürüdülən siyasət dayandırılsın. Bu, çox mənasız siyasətdir. Bunun üçün nə qədər vəsait xərclənir. Bəsdirin, bu qədər pul sərf etdiniz", - ekspert bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol