• $
  • £

“Monako” Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandı

“Monako” Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandı
16.03.2017 11:30
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. 

ANN.Az Apasport-a istinadan xəbər verir ki, sonuncu iki qarşılaşma ilə bütün 1/4 finalçıların adlarına aydınlıq gəlib.

"Atletiko” "Bayer”lə, "Monako” da "Mançester Siti” ilə qarşılaşıb.

Səfərdə "Bayer”i 4:2 hesabı ilə üstələyən "Atletiko” mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlib. Madriddə keçirilən cavab oyununda tərəflərdən heç biri fərqlənə bilməyib və bu hesab "hindular"ı növbəti mərhələyə çıxarıb.

Günün digər qarşılaşması olan "Monako” – "Mançester Siti” matçında isə dramatik anlar yaşanıb. Gərgin mübarizə şəraitində keçən oyunda hesab meydan sahibləri açıblar. İlk 30 dəqiqədə iki qol vuran fransızlar fasiləyə üstün tərəf kimi yollanıblar. İkinci hissədə "şəhərlilər" Leroy Sane ilə hesabı bərabərləşdirsələr də, onların bu sevinci çox çəkməyib. Bokoyako 5 dəqiqə sonra fərqi artırıb. Bu hesab "knyazlıq klubu"nu 1/4 finala çıxaran nəticə olduğu üçün mançesterlilər son dəqiqələri hücumda keçiriblər. Ancaq Qvardiolanın komandasının cəhdləri fayda verməyib. 3:1 hesablı qələbə "Monako"nu növbəti mərhələyə çıxarıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
15 mart

"Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0
İlk oyun - 4:2

"Atletiko": Oblak, Dieqo Qodin, Vrsalko, Koke, Antuan Qrizmann, Saul, Korrea, Karrasko, Lukas Hernandes, Tomas Partey, Jose Mariya Ximenes
Ehtiyat oyunçular: Moyya, Saviç, Sersi, Xuanfran, Nikolas Qaytan, Xuan Moreno, Torres

"Bayer": Leno, Draqoviç, Xavyer Hernandes, Hilbert, Yulian Baumgartlinger, Bellarabi, Tin Yedvaj, Vendell, Kevin Volland, Karim Bellarabi, Kevin Kampl
Ehtiyat oyunçular: Ramazan Özcan, Leon Bailey, Admir Mehmedi, Aranqs, Yoel Pohyanpalo, Danni da Kosta, Yurçenko


"Monako” (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Mbappe, 8, Fabinyo, 29, Bakayako, 77 - Sane, 71
İlk oyun – 3:5

"Monako": Subaşiç, Fabinyo, Jemerson, Bernardo Silva, Tiemoue Bakayoko, Valere Germain (k),Cibril Sidibe, Benjamin Mendi, Andrea Raggi, Tomas Lemar, Kulian Mbappe
Ehtiyat oyunçular: De Sançtis, Jorge, Nabil Dirar, Joao Moutinyo, İrvin Kardano, Absou Diallo, Almamu Ture

"Mançester Siti": Kaballero, Bakari Sanya, Rahim Sterlinq, Serxio Aquero, Aleksandr Kolarov, Kevin de Bruyne, Leroy Sane, David Silva (k), Qael Klişi, Con Stons, Fernandinyo
Ehtiyat oyunçular: Kladio Bravo, Sabaleta,  Xesus Navas, Fabian Delf, Nikolas Otamendi, Yaya Ture, Keleçi İçeanaço


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol