• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Bakıda V Qlobal Forum başlayıb

Bakıda V Qlobal Forum başlayıb
16.03.2017 10:15
Forumda 7 panel üzrə müzakirələr keçiriləcək

ANN.AZ/ Bakıda V Qlobal Forum başlayıb.

"ANN" xəbər verir ki, Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç forumda iştirak etmək üçün Azərbaycana gəliblər. 

Bundan başqa, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, İsrailin keçmiş baş naziri Ehud Barak və İsrail parlamentinin – Knessetin sabiq prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik, Fələstin baş nazirinin müavini Ziyad Abu Amr, İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayez, Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin, İranın keçmiş XİN başçısı Mənuçöhr Mottaki, İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali, Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq müavini Vyaçeslav Trubnikov, Polşanın eks-prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, Pakistanın dövlət xadimi, ölkənin maliyyə naziri və baş naziri olmuş Şaukat Aziz, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik "Newsweek International” nəşrinin redaktoru Farid Zakariya forumun iştirak edirlər.

Forum 7 panel üzrə müzakirələr keçiriləcək. Belə ki, "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", "Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", "Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”, "Avropanın gələcəyi”, "Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", "Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellər təşkil ediləcək.

Forum martın 17-də başa çatacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı - RƏSMİ
Cəmiyyət 18:42
Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı - RƏSMİ
Ərzaq məhsullarının qiyməti: 12 il əvvəl və bu gün... – Siyahı
Cəmiyyət 16:51
Ərzaq məhsullarının qiyməti: 12 il əvvəl və bu gün... – Siyahı
Rusiya və Ukraynada yaşayan azərbaycanlılar qayıtsa Azərbaycanı nə gözləyir?
Cəmiyyət 09:24
Rusiya və Ukraynada yaşayan azərbaycanlılar qayıtsa Azərbaycanı nə gözləyir?
2022-ci ildə təhsil üçün ayrılan pul necə xərclənməlidir? - TƏHLİL
Cəmiyyət 12:29
2022-ci ildə təhsil üçün ayrılan pul necə xərclənməlidir? - TƏHLİL
Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili
Cəmiyyət 13:26
Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili
Pensiya yaşı qaldırıldı
Cəmiyyət 06:19
Pensiya yaşı qaldırıldı
Azərbaycanın bəzi banklarında dollar satışı dayandırılıb - SİYAHI
Cəmiyyət 12:05
Azərbaycanın bəzi banklarında dollar satışı dayandırılıb - SİYAHI
Banklarda dollarla bağlı vəziyyət: - Hansı banklar satış həyata keçirir?
Cəmiyyət 11:36
Banklarda dollarla bağlı vəziyyət: - Hansı banklar satış həyata keçirir?
Bakıda V Qlobal Forum başlayıb
Cəmiyyət 10:15
Bakıda V Qlobal Forum başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol