• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukraynada yaşayan azərbaycanlılar qayıtsa Azərbaycanı nə gözləyir?

Rusiya və Ukraynada yaşayan azərbaycanlılar qayıtsa Azərbaycanı nə gözləyir?
15.03.2022 09:24
Fevralın 24-ü səhər saat 04:00-dan (yerli vaxtla) martın 6-sı saat 24:00-a qədər  Ukraynada 1207 mülki  vətəndaşa xəsarət dəyib.  Onlardan 406 nəfəri ölüb, 801 nəfər yaralanıb. Bu barədə İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) İdarəsi məlumat verir. 
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, Rusiyanın fevralın 24-ü səhər saatlarından Ukraynaya qarşı başlatdığı hərbi hücumlar nəticəsində 700 minə yaxın insan Ukraynanı tərk edib. Onların arasında Ukraynada yaşayan azərbaycanlılar da var. Ayrı-ayrı BMT rəsmiləri isə bu sayın 2 milyona yaxın olduğunu bildirirlər. İndiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 13 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5000 nəfərdən çox Azərbaycan vətəndaşı və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.
 
Bütövlükdə isə Rusiya və Ukraynada 3 milyona yaxın Azərbaycanlı yaşadığı bildirilir. Onların əksəriyyəti əmək miqrantlarıdır. 
 
Bəs, görəsən, onlar yaranmış duruma görə, vətənə qayıtmağa qərar versələr Azərbaycan onları yerləşdirməyə və işlə təmın etməyə hazırdırmı? Ölkəni sosial böhran bürüyə bilərmi?
 
İqtisadi ekspert Akif Nəsirli deyir ki, Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. "Azərbaycan bundan da kasıb vaxtlarında 1 milyondan çox qaçqını öz ərazisində yerləşdirib.Hesab edirəm ki, Ukraynadan gələn vətəndaşları da Azərbaycanda yerləşdirmək problem olmayacaq. Bu fors-major haldır və bu sahədə ölkəyə pənah gətirənlərə həm vətəndaş, həm də dövlət dəstəyi olacaq. Biz bu məsələyə Avropadan daha fərqli yanaşırıq. Artıq iki ilə yaxındır Avropa qaçqın böhranı yaşayır. Onların yaşayış şəraiti Azərbaycanlılardan qat-qat yüksək olsa da Əfqanıstan və Ərəb ölkələrində olan böhranlar zamanı onlar çox ciddi narahatlıq və narazılıqlarla üz-üzə qalıblar”, -  Akif Nəsirli deyib. 
 
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, iqtisadi siyasət komitəsinin üzvü,Rüfət Quliyev hesab edir ki, Azərbaycan bu gün üçün iqtisadi durumuna görə postsovet məkanında ən yaxşı vəziyyətdədir.
 
Lakin Rüfət Quliyev bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində Ukrayna və Rusiyada yaşayan vətandaşların ölkəyə gəlməyi Azərbaycanda bir sıra sahələrə təsirsiz ötüşməyəcək.
 
"Müharibə yaxşı proses deyil çünki müharibə ilk növbədə insan tələfatıdır.Bu daha sonra sosial problemə çevrilir,müharibə həm də resursların boş yerə xərclənməsidir.Ukrayna xalqı hazırda öz suverenliyini müdafiə edir.Əgər etnik azərbaycanlılar ölkəyə gələrsə bunun təsirlərləri ilə üzləşəciyik,müəyyən qədər inflyasiyaya təsiri olacaq.Əmək bazarına təsirini görəciyik",  - millət vəkili vurğulayıb. 
 
Sosioloqlar da Rusiya və Ukraynadan gələn vətəndaşlarla bağlı məsələyə fərqli yanaşır.
 
Məsələn,  Milli Məclisin deputatı , Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələyə çox skeptik yanaşır. 
 
O deyir ki, indiki situasiyada Azərbaycan hər bir vətəndaşının arxasındadır amma kütləvi surətdə o insanların qayıdıb ölkəyə gəlməsini arzu etmir. "Hər bir dövlət üçün böyük miqrasiya sosial-humanitar problemlərlə müşahidə oluna bilər. Azərbaycanın işğaldan azad edilən ərazilərində məskunlaşma və iş yerləri üçün imkanlar genişdir.Amma kütləvi surətdə o insanların qayıdıb ölkəyə gəlməsini biz arzu etməzdik.Bunun üçün də müxtəlif səbəblər var.Bunlardan biri diasporamız baxımından, həmçinin Azərbaycanı bayramlarda,əlamətdar günlərdə layiqincə təmsil etmək,digəri isə həmin insanların orda işləyəndə ailələrinə etdiyi maddi yardımdır.Bu da bizim üçün çox məqbul məsələdir”. Musa Quliyevin sözlərinə görə, Rusiya və Ukraynadan vətəndaşların ölkəyə pənah gətirməsi məşğulluq probleminə səbəb ola bilər. "Nəzərə alaq ki, koronavirus pandemiyasından sonra da işsizlik artıb.Hazırda Azərbaycanda yaşayan vətəndaşlarımızın da ciddi işsizlik problemi var.Ənənəvi peşələr sıradan çıxır və kommunikasiya,informasiya texnologiyası sənayeyə nüfuz edir.Pandemiya da iqtisadi fəallığı azaltdı və iş yerlərinin məhdudlaşdırılmasına gətirib çıxartdı”, - Musa Quliyev deyib. 
 
Sosial işçi Sənubər Heydərova isə Anews-a açıqlamasında  bildirib ki,  Rusiya və Ukraynadan gələn vətəndaşları qəbul etmək üçün Azərbaycanın sosial vəziyyəti yaxşı deyil.
 
"Azərbaycana vətəndaşların kütləvi axını nəinki işsizlik ,həm də digər problemlərə gətirib çıxaracaq. Ailələrdə zorakılıq olacaq, gender məsələləri yenidən qalxacaq. Rusiya və Ukraynadan gələn vətəndaşları qəbul etmək üçün Azərbaycanın sosial vəziyyəti yaxşı deyil.",  -  Heydərova vurğulayıb. 
 
Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda Azərbaycan vətəndaşının keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişinyov şəhərinə ezam olunub.

Səkinəxanım Məmmədova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol