• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

XİN: Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir

XİN: Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir
16.03.2017 22:30
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistan tərəfindən qəsdən danışıqların pozulması, boykot və şantaj edilməsidir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. 

Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi bəyanatlarına cavab olaraq, Efe agentliyinə "Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır” müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışırlar paralel və sinxron şəkildə aparılmalıdır.

XİN rəsmisi deyib: "Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur”.

Bütün bunların Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisi olduğunu deyən H.Hacıyev Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Efe agentliyi vasitəsilə müsahibə İspaniya və Latın Amerikasının aparıcı mətbuat orqanlarında, o cümlədən "Lavanguardia”, "Elconfidencial”, "Eldiario” və digərlərdə dərc olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol