• $
  • £

İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı

İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı
20.03.2017 16:29
Bu gün "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.

Bakıda bilet satışı ilə bağlı təşkil olunan tədbirdə IV İslam Həmrəyliyi Oyunların ilə bağlı videoçarx nümayiş etdirilib, mötəbər yarışın tarixi, həmçinin "Bakı-2017” çərçivəsində təşkil olunacaq idman yarışları barədə ətraflı məlumat verilib.

"Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə digər dövlətlərə nümunə göstərilir. Respublikamız növbəti möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Cari ilin mayında bütün dünyanın idman nəbzi Azərbaycanda atacaq. Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.

Səfirlər azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıblar. Daha sonra "Bakı-2017”nin talismanları – "Cəsur” və "İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdiriblər.

"Bakı-2017”nin bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotaj 500 min biletin satışa çıxarıldığını nəzərə çatdırıb. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri "Park Bulvar”, "Gənclik” və "28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol