• $
  • £

“Azərbaycanı seçməklə düzgün qərar vermişəm” - Renat Dadaşov

“Azərbaycanı seçməklə düzgün qərar vermişəm” - Renat Dadaşov
23.03.2017 11:00
"Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, bu yığmanı seçməklə düzgün qərar qəbul etmişəm”.
"Qafqazinfo” xəbər verir ki, bu sözlər millimizdə oynamağa razılıq verən Almaniyanın 17 yaşlılardan ibarət millisinin sabiq üzvü Renat Dadaşova məxsusdur.

"CBC Sport"a açıqlama verən "Ayntraxt"ın 19 yaşlılardan ibarət komandasının üzvü millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəyi oyuna da toxunub. Qarşılaşmada millimizin heyətində debüt etmək şansı olan Renat, sevinc hissləri yaşadığını, komandada zədəli oyunçuların olmasına rəğmən, yaxşı nəticə əldə etmək üçün şanlarının olduğunu deyib:

"Almaniyaya qarşı keçirəcəyimiz oyun gününü səbrsizliklə gözləyirəm. Fikrimcə, öz oyunumuzu oynasaq, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək".

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol