Tramp kobud səhvi ilə yenidən gündəmdə

ABŞ prezidenti Donald Tramp siyasətçiləri səhv salmağı ilə yenidən müzakirə mövzusuna çevrilib.
ANN.Az Financial Times-a istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker açıqlama verib. O, Trampın onu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla qarışdırmasını bağışlanmaz səhv adlandırıb:
"Tramp Avropa işlərindən heç nə başa düşmür. O, Tuskla telefonla danışıb, amma onun mən olduğunu zənn edib".
O, vurğulayıb ki, növbəti ay Vaşinqtona səfərə gedəcək, amma Trampla görüşüb-görüşməyəcəyini bilmir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər