• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycan-İsrail münasibətləri ilə bağlı seminar

Azərbaycan-İsrail münasibətləri ilə bağlı seminar
27.03.2017 12:45
ABŞ-ın paytaxtı Vaşinqtonda  Amerikanın ən nüfuzlu yəhudi təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC)  2017-ci il üçün siyasi konfransı keçirilir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, martın 26-da 19 min iştirakçını bir araya gətirən konfrans çərçivəsində  Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş "Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu" mövzusunda seminar təşkil olunub.
 
Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib.  E.Süleymanov Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin əsrlərlə dostluq şəraitində yaşadığını qeyd edib. Səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu bildirib. İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana tez-tez səfərlər etdiyini xatırladan səfir, sonuncu belə səfərin keçən ilin dekabr ayında Baş nazir Benjamin Netanyahu tərəfindən həyata keçirildiyini vurğulayıb və bu cür səfərlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğulayıb. E.Süleymanov Azərbaycan və ABŞ-ın enerji və terrorizmə qarşı mübarizə sahəsində yaxından əməkdaşlıq etdiyini  bildirib və ABŞ-ın regionun enerji layihələrinə davamlı dəstəyinin çox vacib olduğunü qeyd edib. Səfir, həmçinin hazırkı mürəkkəb geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.
 
Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən seminarda, həmçinin Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyfer və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel çıxış edib.
 
Öz çıxışlarında Svante Kornel və Brenda Şeyfer Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu bildirib və ölkə rəhbərliyinin bu istiqamətdə olduqca vacib rolundan danışıb.  Ekspertlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkədə  1 milyondan çox məcburi köçkünün olmasına baxmayaraq cəmiyyətin radikalizmdən imtina etdiyini və hökumətin əsas iqtisadi resursları inkişafa yönəltdiyini qeyd ediblər.
 
Martın 28-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları iştirak edir. Konfransda ABŞ vitse-prezidenti Mayk Pens, ABŞ-ın BMT yanında daimi nümayəndəsi  Nikki Heyli, ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan, bir çox yüksək vəzifəli senator və Nümayəndələr Palatasının üzvləri çıxış edəcəklər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol