• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Rusiya qoşunları Qarabağa yeridilir!..

Rusiya qoşunları Qarabağa yeridilir!..
27.03.2017 16:49
Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskva səfərində Gümrüdəki 102-ci rus bazasının genişləndirilməsi, regional bazaya çevrilməsi məsələsində razılıq əldə olundu.
 
İndiyə qədər bu baza Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edirdi. 2010-cu ildə Rusiya və Ermənistan arasında bağlanmış müqavilədə də bazanın məqsədi aydın şəkildə qeyd olunur. Nə baş verdi ki, Rusiya bazanın genişləndirilməsi qərarına gəldi? Moskvanın hədəfində nə var?

Xeberci.tv xəbər verir ki, Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Mərkəzi Asiya üzrə işçi qrupunu rəhbəri, politoloq Aleksandr Skakov bazanın genişləndirilməsi məsələsini şərh edib.

Onun fikrincə, Gümrüdəki rus bazası Qarabağa doğru genişlənir.

Skakov hesab edir ki, Rusiyanın 102-ci hərbi bazanın genişləndirilməsi qərarı Dağlıq Qarabağı da öz təhlükəsizlik çətirinin altına almaq məqsədinə xidmət edir.

"Qafqazda maraqları olan Rusiya regionda sabitliyi arzulayır. Lakin təmas xəttindəki gərginliklər sabitliyin təhlükə altında olduğunu göstərir. Buna görə də Moskva Ermənistandakı hərbi bazanın Qarabağdakı vəziyyəti də nəzarət altına almasını istəyir. Hədəfdə "aprel müharibəsi”nin təkrarlanmasının qarşısını almaqdır”, - deyə o bildirib.

Skakova görə, Rusiya Qarabağı 102-ci hərbi bazanın məsuliyyət zonasına daxil etməklə Azərbaycanın əraziləri hərbi yolla azad etmək planlarının qarşısı almaq istəyir: "Rusiya təmas xəttidə gərgin vəziyyətə görə çətin vəziyyətdədir. O, bir tərəfdən regionda öz təsirini saxlamağa çalışır, digər tərəfdən Azərbaycanın qarşısını almaq və münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa cəhd edir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol