• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Putin: “İran bizim etibarlı və sabit tərəfdaşımızdır”

Putin: “İran bizim etibarlı və sabit tərəfdaşımızdır”
28.03.2017 16:07
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşündə sonuncu dəfə Bakıda keçirdikləri görüşü xatırladıb.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin H. Ruhaninin Moskvada görməkdən çox şad olduqlarını deyib: "Rusiya və İranı uzun illər bağlayır. Biz 500 ildən çoxdur ki, diplomatik münasibətlərə malikik. İran bizim mehriban qonşumuz və etibarlı, sabit tərəfdaşımızdır. Biz praktiki olaraq bütün istiqamətlərdə effektli əməkdaşlıq edirik. Bu, beynəlxalq fəaliyyət, çoxtərəfli çətin problemlərin həlli və iqtisadiyyat sahəsindəki işlərdir. Son illər bütün bu istiqamətlərdə önəmli nəticələr əldə edirik. Əminliklə demək olaraq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu, müasir mürəkkəb iqtisadi şərtlərdə nadir hadisədir". 
 
Həsən Ruhani isə çıxışında Moskvada qonaq olmaqdan şad olduğunu söyləyib: "Bu, yeni ildə bizim ilk xarici səfərimizdir. Bu, bizim əməkdaşlığımızın inkişafını göstərir. Son üç il yarımda münasibətlərimiz addım-addım müsbət inkişaf edib. Mən arxaya baxan zaman hər son görüşümüzdən sonra bizim uğurlar əldə etdiyimizi görürəm. Münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə biz münasibətlərimizin yeni keyfiyyəti haqqında danışa bilərik. Ümid edirəm ki, bu səfər çərçivəsində əməkdaşlığımızın inkişafı üçün yeni addımlar atılacaq. Bizim son məqsədimiz regionda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Bizim münasibətlərimizin inkişafı üçüncü ölkəyə qarşı istiqamətlənməyib”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol