Bakı 2017 Oyunları AZAL-ı rəsmi tərəfdaş sıralarında salamlayır
30 mart 2017-ci il tarixində 4-cü İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalandı. Azərbaycan Hava Yolları aviaşirkəti Bakı 2017 Oyunlarının növbəti rəsmi tərəfdaşı oldu.
Azərbaycanın aparıcı hava şirkətlərindən biri olan, Azərbaycan Hava Yolları QSC (AZAL), 19 ölkədə 40 istiqamət üzrə üçüşlar təşkil edir.
Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən məşhur "Skytrax” konsaltinq şirkəti AZAL-ı "4 Ulduz” reytinqinə layiq görüb.
Bakı 2017 Kommersiya Proqramında BP, Red Bull, Milla, Fresco, Microplus və iTicket şirkətindən sonra Bakı 2017 Oyunlarına tərəfdaş kimi imza atan sonuncu şirkət AZAL-dır. Bununla da onlar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının brend kimi beynəlxalq səviyyədə tanınmasına kömək edəcək, xüsusilə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı 2017 Oyunlarına təşrif buyuracaq bütün idmançıların, azark
eşlərin və rəsmilərin gülərüzlə, qonaqpərvərliklə qarşılanmasını təmin edəcəklər.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyatlar üzrə baş icraçı direktoru cənab Mayk Loynd mötəbər idman tədbirlərində avia şirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğuladı.
Əməliyyatlar üzrə baş icraçı direktoru cənab Mayk Loynd əlavə olaraq qeyd etdi: "Çox böyük nüfuza və güvənə malik Azərbaycan Hava Yolları QSC-nin Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işlərində AZAL mühüm rol oynayacaq.”
Azərbaycan Hava Yolları aviaşirkətinin vitse prezidenti cənab Eldar Hacıyev bildirmişdir: "Bakıda keçirilən İslam Həmrəyliyi oyunları bizim ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir. Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürüur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Hımrəyliyi oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək.”
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər