• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq

Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq
31.03.2017 10:45
Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
 
Tədbirlər Planına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi bu il çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlamalıdır. "Azərsu" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2020-ci illərdə çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkilini təmin etməlidir. Bu müddət ərzində "Azərsu" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinə ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi tapşırılıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları 3 il ərzində çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 00:21
Sabah bu ərazilərdə qaz olmayacaq
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Cəmiyyət 00:03
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib
Cəmiyyət 22:50
Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib
Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb
Cəmiyyət 22:37
Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb
Qroznıda AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Cəmiyyət 20:10
Qroznıda AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Cəmiyyət 19:39
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Mikayıl Cabbarov IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Cəmiyyət 19:13
Mikayıl Cabbarov IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 18:06
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Küçədə əlbəyaxa dava edən müəllimləri polis 50 manat cərimələyib
Cəmiyyət 17:44
Küçədə əlbəyaxa dava edən müəllimləri polis 50 manat cərimələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol