• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Bu gündən ƏDV ödəyiciləri elektron qaimə-fakturalarının tətbiqinə başlanıb

Bu gündən ƏDV ödəyiciləri elektron qaimə-fakturalarının tətbiqinə başlanıb
01.04.2017 18:00
Bu gündən etibarən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.
 
Vergilər Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, elektron qaimə-fakturaları (e-Qaimə-faktura) vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər: "Onlayn rejimdə” - vergi ödəyicisi, Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin ( https://www.e-taxes.gov.az )"Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olur və "onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.
 
 "Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını ("Elektron Faktura Tərtibatı Proqramını” – eFP versiya 1.1.3 ( https://www.e-taxes.gov.az/dispatcher… )) və digər zəruri proqramları "İnternet Vergi İdarəsi”ndən ( https://www.e-taxes.gov.az ) öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını "Asan Doc” proqramı vasitəsilə imzalayır. Sonda Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış "adoc” faylını müvafiq menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar "onlayn” rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:32
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl ucuzlaşıb - Məzənnə
“Qazprom” Türkiyədə planlaşdırılan qaz habı layihəsini dayandırıb - SƏBƏBLƏR
İqtisadiyyat 08:40
“Qazprom” Türkiyədə planlaşdırılan qaz habı layihəsini dayandırıb - SƏBƏBLƏR
MOL və SOCAR “Şamaxı-Qobustan” yatağı üzrə müqavilə şərtlərini razılaşdırdı
İqtisadiyyat 08:17
MOL və SOCAR “Şamaxı-Qobustan” yatağı üzrə müqavilə şərtlərini razılaşdırdı
Azərbaycan nefti Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək
İqtisadiyyat 08:13
Azərbaycan nefti Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək
TotalEnergies Azərbaycanda qaz emalı zavodu tikməyi planlaşdırır
İqtisadiyyat 08:10
TotalEnergies Azərbaycanda qaz emalı zavodu tikməyi planlaşdırır
Tbilisidə regionun ilk "quru limanı" açılıb
İqtisadiyyat 08:07
Tbilisidə regionun ilk "quru limanı" açılıb
ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
İqtisadiyyat 16:17
ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
“Qarabağ” yatağından ilk neft 2029-cu ildən çıxarılacaq
İqtisadiyyat 16:07
“Qarabağ” yatağından ilk neft 2029-cu ildən çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol