• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Deputat: Ermənistanda seçkilərin saxtalaşdırıldı

Deputat: Ermənistanda seçkilərin saxtalaşdırıldı
03.04.2017 19:00
Ermənistanda parlament seçkilərinin saxtalaşdırılacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq bəllidir:

"Seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Proqnozların əsas mahiyyəti ondan ibarət idi ki, seçkilər total saxtakarlıqla müşayiət olunacaq, Sarkisyan və onun rəhbəri olduğu hakim Respublika Partiyası heç bir halda seçkilərin obyektiv, ədalətli, demokratik, şəffaf keçirilməsinə imkan verməyəcək”.

E.Nəsirov vurğulayıb ki, o qüvvələr ki, Ermənistanda dəyişikliklərin edilməsinin lehinə mövqe bildirirdilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni yanaşmanı müdafiə edirdilər, erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsini Ermənistanın gələcəyinin ən mühüm elementi hesab edirdilər, onlar zorla, seçki saxtakarlığı ilə məğlub edildilər:

"Məlum oldu ki, Ermənistan prezidenti 2008-ci ildə seçki saxtakarlığı yolu ilə hakimiyyətə necə gəlmişdi və ona etiraz edən xalqı güllə baran etmişdi, eyni yanaşma tərzi, eyni məntiq bu seçkilərdə də tətbiq edildi. Hesab edirəm ki, Ermənistanda hadisələr bundan sonra ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər və ölkədə çox ciddi siyasi kataklizimlərin qarşıda olacağını indidən söyləmək mümkündür. Ermənistanda yeni etiraz dalğalarının balşanacağı ehtimalı kifayət qədər böyükdür və bu nöqteyi-nəzərdən Sarkisyanın partiyasının bu seçkilərdəki qələbəsini "taktiki qələbə" kimi qiymətləndirmək olar. Amma strateji baxımdan bu seçkilərin Ermənistanın mövqelərinin daha da zəifləməsinə və ölkədə müxalifətin sıralarının daha da genişlənməsinə gətirib çıxaracaq və biz Ermənistanda daha dərgin siyasi mübarizənin şahidi olacağıq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol