• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Belçikanın Azərbaycandakı səfiri Bert Şufs: “Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər”

Belçikanın Azərbaycandakı səfiri Bert Şufs: “Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər”
04.04.2017 11:45


 

Belçika Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

 Görüşdə Belçika şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum-2017-də iştirakı mövzusuna, həmçinin Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy International Media Group çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfirliyin əsas missiyasının Azərbaycanla Belçika arasında yaxşı münasibətlərin qorunub saxlanılmasından ibarət olduğunu qeyd edən səfir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Belçikaya səfər edib. "Azərbaycan Prezidenti İlham Əliyevlə Belçika kralı Filipp arasındakı görüşdə əsasən iqtisadi əməkdaşlıqdan bəhs olunub. Əlbəttə ki, iqtisadiyyatın diversifikasiyası mühüm vəzifə olduğundan Azərbaycan Prezidentinin "yol xəritəsi”nin vacibliyi qeyd olunub”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, diversifikasiyaya, eləcə də xarici investorların və xarici şirkətlərin Azərbaycana cəlb edilməsinə böyük zərurət var. "Dövlət başçılarımız qloballaşan dünyada sizin ön cərgələrdə yer tutmalı olduğunuzu anlayırlar. İqtisadiyyatın diversifikasiyası isə Azərbaycanın əsas məqsədlərindən biridir. Belçika şirkətləri bu məsələdə sizə kömək edə bilərlər. Prezident Belçika şirkətlərini Azərbaycana dəvət etməklə onlara açıq-aydın siqnal vermiş oldu”, - deyə Bert Şufs vurğulayıb.

Səfirin sözlərinə görə, Belçika artıq qeyri-neft və qaz sektorunun müxtəlif sahələrində, məsələn, Azərbaycanın logistika, səhiyyə, kənd təsərrüfatı və tikinti sahələrində iştirak edir.

"Azərbaycanın bu cür şirkətləri özünə cəlb etmək niyyətində olan ölkəyə çevrilmək seçimi etməsi olduqca vacibdir. Biz qloballaşan dünyada yaşadığımız üçün qeyd etməliyəm ki, Belçika şirkətləri vaxtaşırı bura gəlir və mənə Azərbaycan barədə suallar verirlər. Buna görə də mən hansı səbəblərə görə məhz Azərbaycana gəlmək lazım olduğunu onlara izah edə bilməliyəm”, - deyə səfir bildirib.

O qeyd edib ki, elektron viza sayəsində Azərbaycana səyahət etmək xeyli asanlaşıb. "Azərbaycanda turizm üzrə konfrans keçirilib və bu açıq-aşkar siqnala çevrilib. Ötən il bu cür konfrans Brüsseldə təşkil olunmuşdur. Turizmdə ölkəni nümayiş etdirmək olduqca vacibdir”, - deyə o, çıxışına davam edib.

"Prezidentin "yol xəritəsi”nin əsas məqsədlərindən biri KOM-ların (kiçik və orta müəssisələr) inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Bu gün kiçik və orta müəssisələrin inkişafı texnologiyanı istiqamətləndirir. Bizə təkcə biznesi aparan yox, həm də təcrübəsi olan və texnologiyadan istifadə etməyi bacaran sahibkarlar lazımdır”, - deyə o qeyd edib.

 Enerji sahəsindən söz açan Bert Şufs vurğulayıb ki, "Cənub Qaz Dəhlizi” bir növ şərqdən qərbə uzanan yoldur. ”Cənub Qaz Dəhlizi”ndən danışarkən qeyd etməliyik ki, Belçika şirkətləri artıq bu layihə ilə maraqlanırlar. TAP layihəsində  19 faiz Belçikanın "Fluxys” şirkətinə məxsusdur”, - deyə vurğulayan səfir söyləyib ki, "Cənub Qaz Dəhlizi”nin inşası sayəsində Azərbaycan həmçinin tranzit ölkəyə çevriləcək. 

Görüşün sonunda səfir "Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub. Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol