• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Vladimir Putin İlham Əliyevə məktub göndərib

Vladimir Putin İlham Əliyevə məktub göndərib
04.04.2017 16:00
Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin saytında yer alan məktubda deyilir:  
 
"Əminəm ki, birgə səylərlə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etdirəcəyik. Bu, dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir".
 
Putin qeyd edib ki, ötən 25 ildə Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan ənənəvi dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub: "Məzmunlu siyasi dialoqun, aktiv parlamentlərarası və regionlararası əməkdaşlığın əsası qoyulub. İqtisadi-ticarət, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında təmaslar genişləndirilir".
 
Rusiya dövlət başçısı bildirib ki, Moskva ilə Bakı aktual regional və beynəlxalq məsələlərin həllində səylərini koordinasiya edir, beynəlxalq strukturlar çərçivəsində faydalı tərəfdaşlıq edir. Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə möhkəm can sağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına rifah və firavanlıq arzulayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol