Vladimir Putindən xəbərdarlıq — "ABŞ-ın bu addımı Suriyaya qarşı aqressiyadır"
Rəsmi Moskva ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrinə cavab verib.
"Ölkə.Az" xəbər verir ki, Rusiya prezidenti ABŞ-ın raket zərbələrini Suriya suverenitetinə qarşı aqressiya, beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib:
"Suriya ordusu kimyəvi silah ehtiyatına sahib deyil. Suriya ordusuna məxsus kimyəvi silah ehtiyatının məhv edilməsi barədə faktlar BMT-də var. Putinin fikrinə görə, kimyəvi silahın terrorçular tərəfindən istifadə edilməsi faktının rədd edilməsi vəziyyəti qəlizləşdirir. Bundan başqa, ABŞ Suriyaya zərbə endirməklə dünya ictimaiyyətinin fikrini İraqın mülki əhalisinin qırılması faktından yayındırır. Rusiya prezidenti düşünür ki, Vaşinqtonun bu addımı rus-amerikan münasibətlərinə zərbədir. Bu addım beynəlxalq terrorizmlə mübarizə məsələsində məqsədimizə yaxınlaşdırmır, əksinə beynəlxalq terrora qarşı koalisiya yaratmaq işinə əngəl törədir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər