• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

"Silk Way Airlines" hava gəmiləri parkına daha bir "Boeing 747-8F" yük təyyarəsi əlavə etmişdir

07.04.2017 15:11
7 aprel 2017-ci il, Bakı – Aprelin 7-si, cümə günü Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"-a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilmişdir.

Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in Prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak etmişdir.

Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.

Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.

Həmçinin qeyd etmək lazımdır ki, 2005-ci ildən etibarən "Silk Way Airlines" aviaşirkəti həm Amerikanın özəl şirkətləri, həm də ABŞ-ın dövlət sektoru ilə işgüzar münasibətləri inkişaf etdirir və möhkəmləndirir.

"Silk Way Airlines" aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.

US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan vermişdir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol