• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

İsveçrənin Azərbaycanf marağı artıb

İsveçrənin Azərbaycanf marağı artıb
10.04.2017 14:40
İsveçrə Konfederasiyasının prezidenti Doris Loyhard Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir:
 
"Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bu il yanvarın 21-də qeyd olundu. Bu münasibətlə mən Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sizinlə fikir mübadiləmizi çox yüksək qiymətləndirirəm.
 
Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram. İdarəetmənin yaxşılaşdırılması, özəl sektorun təşviqi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın iqtisadiyyatına çoxsaylı İsveçrə şirkətləri də daxil olmaqla, qlobal marağı artırıb. Bizim çoxşaxəli tərəfdaşlığımız özünü Bretton Vuds institutları çərçivəsində də büruzə verir. Azərbaycan bizim buradakı seçki qrupunda mühüm və yüksək qiymətləndirilən rola malikdir.
 
Mən, həmçinin Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Sizə bu təşəbbüsünüzdə uğurlar arzulayıram. Sizə və Azərbaycan xalqına dostcasına yeni uğurlar diləyir, xoş arzularımı çatdırıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol