• $
  • £

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayır

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayır
13.04.2017 09:40
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
 
Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş” "Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda "qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdir. İstər daxili arenada, istərsə də Avrokuboklarda olduqca uğurlu mövsüm keçirən istanbulluların hədəfi ən az finala qədər irəliləməkdir. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq. Belə ki, əsas oyunçuları Abubakar və  Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. "Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən "Lion”da isə ciddi itki yoxdur. "Roma”nı geridə qoyaraq türklərə rəqib olan komanda yenidən parlaq dönəmlərinə qayıtmaq istəyir.
 
Turnirin əsas favoriti "Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. "Qırmızı şeytanlar”ın rəqibi "Anderlext” olacaq. Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanqın xidmətindən məhrum olan ingiltərəliləri David De Xeanın vəziyyətinin qeyri-müəyyən olması da narahat edir. İngiltərə Premyer Liqasında ilk "4-lüy”ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir.
 
1/4 final mərhələsinin digər matçlarında "Ayaks” "Şalke”ni, "Selta” isə "Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız "Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədir.
 
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
 
13 aprel
 
23:05. "Lion” (Fransa) – "Beşiktaş” (Türkiyə)
23:05. "Anderlext” (Belçika) – "Mançester Yunayted” (İngiltərə)
23:05. "Ayaks” (Hollandiya) – "Şalke” (Almaniya)
23:05. "Selta” (İspaniya) – "Genk” (Belçika)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol