• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

“Prezident idarə üsulu 2019-cu ildə tətbiq olunacaq” - Ərdoğan

“Prezident idarə üsulu 2019-cu ildə tətbiq olunacaq” - Ərdoğan
17.04.2017 09:00
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın referendum seçkilərinin nəticəsindən sonra ilk açıqlaması yayılıb.

"Qafqazinfo” "Milliyet”ə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı və BBP lideri Mustafa Destici ilə telefon əlaqəsi saxlayan Ərdoğan onları fəaliyyətinə və əldə olunan nəticəyə görə təbrik edərək referendumun Türkiyə milləti və ölkəyə xeyir gətirməsini arzuladığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Huber köşkündə keçirdiyi mətbuat konfransında referendumun nəticələrini dəyərləndirib.

"Bu gün Konstitusiyaya dəyişikliklə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmağını diləyirəm. Rəsmi olmayan nəticələr təxminən 25 milyon "bəli” səsiylə və 1 milyon 300 min fərqlə Konstitusiyaya dəyişikliyin qəbul edildiyini göstərir.

Türkiyə bu gün 200 illik qədim bir müzakirə mövzusu olan idarə sistemi məsələsində tarixi qərarını verib. Bu qərar adi bir hadisə deyil. Bu gün çox ciddi bir idarəedici sistemlə bağlı dəyişikliyə qərarın verildiyi gündür. 

Sabahdan etibarən ölkəmizi lazımız müzakirələrə cəlb etməkdənsə hər kəsin bu hədəfə fikrini yönəltməsində fayda görürük. Eləcə də digər ölkələrin və qurumların millətimizin qərarına hörmət göstərməyini istəyirik. 

Seçkilər artıq bitib və o müddətdə aparılan mübahisələr arxada qalıb. Qarşımızda yeni bir mərhələ var. Bildiyiniz kimi Konstitusiyaya dəyişikliyin bütün maddələri o dəqiqə qüvvəyə minmir. Xüsusilə də prezident idarə üsulu ilə bağlı dəyişikliklər 2019-cu il noyabrın 3-də tətbiq olunacaq. 

Məlumata görə, seçiçi fəallığı 86 faiz olub. Bu nəticəni azaltmaq istəyənlər var, ac toyuq özünü taxıl bazarında görər. Boş yerə özünüzü yormayın. Atı alan Üsküdarı keçdi, xəbəriniz yoxdur”, - deyə Ərdoğan çıxışı zamanı bildirib.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol