• $
  • £

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
18.04.2017 10:00
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə "Real” – "Bavariya” və "Lester” -  "Atletiko” oyunları keçiriləcək.
 
Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu”nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də "Real”ı qane edəcək. "Bavariya” yola davam etmək istəyirsə, "Santyaqo Bernabeu”da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya”nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.
 
Günün digər matçında "Atletiko” "Lester”in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. "Lester” vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdır. Çünki "Atletiko”nun səfərdə vuracağı 1 qol "Lester”in işini daha da çətinləşdirəcək. Belədə "tülkülər”ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
 
22:45. "Real” (İspaniya) – "Bavariya” (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
 
22:45. "Lester” (İngiltərə) – "Atletiko” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol