• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Mayk Pens: "Sülhə güc vasitəsi ilə nail olunur"

Mayk Pens:
18.04.2017 12:00
ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiya baş naziri Sindzo Abe ilə Şimali Koreya məsələsini müzakirə edib.
 
ANN-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkənin məsələni sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğu vurğulanıb.
 
M. Pensin qənaətinə görə, sülhə güc vasitəsi ilə nail olunur. O, ölkəsinin Pxenyanın nüvə probleminin həlli istiqamətində Yaponiya, Cənubi Koreya və Çinlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.
 
Qeyd edək ki, bir müddət əvvəl M. Pens ABŞ-ın Şimali Koreyaya qarşı sərgilədiyi strateji hövsələ erasının bitdiyini açıqlayıb.
 
M. Pensin Asiya ölkələrinə olan səfəri son illər ərzində Şimali Koreya ətrafında yaşanan ən gərgin böhrana təsadüf edib. ABŞ Koreya yarımadası sahillərinə başda "Karl Vinson” nüvə aviadaşıyıcısı olmaqla, bir neçə hərbi gəmi göndərib. Mətbuat ABŞ-ın Şimali Koreyaya zərbə endirəcəyini istisna etmir. Rəsmi Pxenyan isə təxribatın baş verəcəyi təqdirdə, ABŞ-ın hərbi bazalarına və Cənubi Koreyanın paytaxtı Seulda yerləşən prezident sarayına zərbə etdirməyə hazır olduğunu açıqlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Dünya 00:17
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Dünya 22:57
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Türkiyədə minimal əməkhaqqı artırılıb
Dünya 20:41
Türkiyədə minimal əməkhaqqı artırılıb
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Dünya 19:09
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
İrandan İraqa qaz tədarükü dayandırılıb
Dünya 19:00
İrandan İraqa qaz tədarükü dayandırılıb
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Dünya 14:29
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 12:55
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Dünya 09:52
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Dünya 08:48
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol