• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

"Sovetski" hər gün dəyişir

20.04.2017 16:20
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, artıq bu çərçivədə işlərin 85 faizi aparılaraq yekunlaşdırılıb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 m-ə çatan  Balababa Məcidov küçəsindən başqa, hazırda Abdulla Şaiq, Mirzəağa Əliyev və Füzuli küçələrində də son tamamlanma işləri görülür.

Uzunluğu 1825 m, genişləndirildikdən sonra eni 15 m-ə çatan Abdulla Şaiq küçəsində asfalt-beton örtüyünün son qatının döşənməsi, piyada səkilərinə tamet daşların döşənməsi və işıqlandırma sistemin qurulması işləri qalıb ki, bu işlər də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılacaq.

Müasir yol infrastrukturunun yaradılması istiqamətində Nərimanov prospektinin 2165 m uzunluğunda olan hissəsində genişləndirmə və torpaq işləri yekunlaşıb, yeni yol yatağı inşa olunub. Yol boyu yeni kommunikasiya xətlərinin çəkilişi işləri isə bitmək üzrədir.  Hazırda 500 m-lik ərazidə asfaltlanma işlərinə start verilib. Burda fiziki işlərin göstəricisi 60% təşkil edir.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də aparılan yenidənqurma işləri son mərhələsindədir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Hər iki küçədə ümumi işlərin 90%-i yekunlaşdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 2 qat olmaqla asfalt-beton örtük döşənib. Küçələrdə asfalt örtüyünün son qatının döşənməsi, piyada səkilərinin tikintisi və işıqlandırma işləri qalıb ki, yaxın günlərdə bu işlər də yekunlaşdırılacaq.

Onu da əlavə edək ki, hazırda Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin "Statistika dairəsi"nə, həmçinin N.Nərimanovun heykəlinin yerləşdiyi dairə istiqamətinə birləşdirilməsi işləri aparılır. Analoji işlər Füzuli və Mirzəağa Əliyev küçələrində də görülür. Belə ki, sözügedən küçələr "Füzuli meydanı"na birləşdirilir. Bundan başqa layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə də yaradılıb.

Yenidən qurulan küçələrdə layihə üzrə 14 ünvanda "cib"l

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol