• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Ələt paytaxtın peyk şəhəri kimi inkişaf etdiriləcək

Ələt paytaxtın peyk şəhəri kimi inkişaf etdiriləcək
25.04.2017 13:40
Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib

REPORT.AZ/ Gələcəkdə Ələtin paytaxt Bakının bir peyk şəhəri kimi inkişaf etdirilməsi nəzərdə tutulub. 

"Report”un xəbərinə görə, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən II Beynəlxalq SOCAR Forumunda çıxışı zamanı bildirib. 

"Azərbaycan burada regional mərkəz yaratmaq niyyətindədir. Bu, Azərbaycanın fərqli layihəsidir. Ələtdə Bakı limanının 4 ha ərazisi və əlavə olaraq 450 ha azad ticarət zonası üçün sahə ayrılıb. Buradan 10 km aralı məsafədə isə keçmiş hərbi hava limanı var və onu kommersiya tipli yük aeroportuna çevirdikdə çox maraqlı layihə ərsəyə gələcək”, - deyə T.Ziyadov qeyd edib.

Onun sözlərinə görə, Bakı limanı layihəsi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin patronajlığı altında reallaşdırılır: "Hazırda Bakı limanının hüquqi rejmi hazırlanır. Bu, böyük investorların buraya cəlb olunmasında əhəmiyyətli rol onayacaq. Ümumiyyətlə, iqtisadiyyatda və neft ölkələrinin inkişafında ən böyük çətinlik islahatlar prosesidir. Ən gözəl islahat prosesi yaradılacaq bir adada da olur. Hesab edirəm ki, regionda 3-4 ulduzlu hablar olacaq, onlar rəqabət aparacaq. Bu, bütün regiona sülh, əmin-amanlıq gətirəcək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol