• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
25.04.2017 20:00
Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində Heydər Əliyevin və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib.
 
Tibbi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin hər bir sahədə olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb.
Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.

Nazir Silahlı Qüvvələrin tibb heyətinə uğurlar diləyərək hərbi tibb müəssisələrinə müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərilməsinə dair tapşırıqlar verib.
 
Sonra səhiyyə sahəsində göstərdikləri xüsusi xidmətlərə görə müdafiə nazirinin əmri ilə şəxsi heyətin bir qrupu təltif olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol