• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Bakıda prezidenti qəzəbləndirən şirkət rəhbəri həbs edildi

Bakıda prezidenti qəzəbləndirən şirkət rəhbəri həbs edildi
30.04.2017 21:22
Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə prezidentin qəzəbinə gəlmiş tikinti şirkətinin sədri həbs edilib.


 criminal.az xəbər verir ki, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində "Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Mətbuatda həmin tikintinin mailiyyə naziri Samir Şərifova məxsus olması yazılsa da, criminal.az saytına daxil olan məlumata görə, əsl rəhbərin başqa biri olduğu üzə çıxıb. Həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, "Akula Akif” kimi tanınan Akif Mustafayev 'sağ əli' Aydəm İsmayılovdur. Həbs edilən sədr isə Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.


Xatırladaq ki, ki, Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb. Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur. 


Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar olaraq xeyli ağac kəsilərək məhv edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etmişdi. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.


Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol