• $
  • £

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı
01.05.2017 09:38
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti müəyyənləşib.

İstiPress xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə yekun siyahıya 23 futbolçunun adını daxil edib.

Siyahıda ən çox oyunçu ilə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünün qalibi Ağdamın "Qarabağ” komandası təmsil olunub.

"Bakı-2017”də millimizin şərəfini qapıçılar Emil Balayev ("Səbail”), Şahrudin Maqomedaliyev ("Qarabağ”), Tərlan Əhmədli ("Sumqayıt”), müdafiəçilər Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı "Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi "Sumqayıt”), Tellur Mütəllimov ("Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi "Zirə”), yarımmüdafiəçilər Fəhmin Muradbəyli ("Neftçi”), Mirabdulla Abbasov ("Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də "Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi "Qəbələ”), Vüqar Mustafayev ("Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi "Kəpəz”), Elnur Cəfərov ("Duqopolye” Xorvatiya) və hücumçular Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də "Qarabağ”) qoruyacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında səkkiz yığma komanda mübarizə aparacaq. "A” qrupunda yarışacaq millimiz mayın 8-də "Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol