• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Ramil Usubovdan rəislərə tapşırıq

Ramil Usubovdan rəislərə tapşırıq
01.05.2017 12:20
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Göyçay şəhərində növbəti qəbul keçirib.

Məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.

DİN-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 29 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol