• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Azərbaycan Prezidenti: “Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur”

Azərbaycan Prezidenti: “Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur”
05.05.2017 10:50
"Onlar işğal edilmiş torpaqlarda hər şeyi yerlə yeksan ediblər, biz isə erməni kilsəsini qoruyuruq”

REPORT.AZ/ "Avropa Oyunlarını başqa ölkələr qəbul etmirdi. Azərbaycan təklif etdi ki, bu Oyunlara ev sahibliyi edir. 5 min atletdən ibarət olan komandalar Bakıya gəldi. Bu, dini tolerantlığı göstərir. Həmin oyunlar yüksək səviyyədə keçirildi. Hər kəs razı qaldı. Bu il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək, 3 min atlet Bakıya gələcək. Bizə birlik lazımdır. Əfsuslar olsun ki, müsəlman ölkələri terrordan əziyyət çəkir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan islamafobiyaya qarşı mübarizə aparan ölkələrdəndir: "Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarşılıqlı hörmətə əsaslanan əlaqələr olmasa, bu, mümkün olmaz. Biz nəinki düzgün yoldayıq, həmçinin irəliyə doğru addım atırıq. Azərbaycan 25 ildir ki, müstəqil ölkədir. Azərbaycan indiki qədər heç vaxt güclü olmayıb. Xalqımız öz ənənəvi köklərinə bağlıdır. Yeganə problemimiz Ermənistanın təcavüzüdür. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb. Onlar işğal edilmiş torpaqlarda hər şeyi yerlə yeksan ediblər. Biz isə erməni kilsəsini qoruyuruq.

 Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri gün ərzində, hətta saatlar içində icra olunur. Amma bizə gələndə icra olunmur. Bu münaqişədə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 22:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol