• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Sosial mənzil almaq istəyənlərə şad xəbər

Sosial mənzil almaq istəyənlərə şad xəbər
10.05.2017 11:15
"Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq”.

anews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib.

"Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq, Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. 

Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. Sistem "e-gov.az” "elektron hökumət” portalında yerləşdiriləcək. 

Bununla yanaşı, "ASAN xidmət”in Bakıda yerləşən 1, 2, 3 saylı və Sumqayıt mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. 

Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və "elektron kabinet”lərin yaradılmasına başlanılacaq”, - deyə S.Nuriyev bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol