Putin Trampla görüşəcək
Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.
İstiPress "TASS” istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi Reks Tillerson və ABŞ prezidenti Donald Trampla görüşdən sonra bəyan edib.
"Bu yaxınlarda prezidentlər arasında baş tutan telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər