• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Dünyanın ən yüksək əməkhaqqı alan top menecerləri məlum oldu.

Dünyanın ən yüksək əməkhaqqı alan top menecerləri məlum oldu.
11.05.2017 15:00
"Bloomberg” agentliyi 2016-cı ildə ən yüksək əməkhaqqı ödənilən korporasiya rəhbərlərinin siyahısını açıqlayıb.

anews.az Banco.az-a istinadən xəbər verir ki, siyahıya "Walmart”ın elektron ticarət üzrə baş direktoru və Jet.com-un təsisçisi Mark Lor baçılıq edir.

Agentliyin hesablamalarına əsasən, ötən il ərzində Lor 236 milyon dollar qazanıb, bu vəsaitdən 235 milyon dollar Jet.com kompaniyasını "Walmart” pərakəndəçisinə satmaqdan əldə olunub.

Siyahıda ikinci yeri isə "Apple” şirkətinin baş direktoru Tim Kuk tutub, illik gəliri təxminən 150 milyon dollar təşkil edib.

Gəlirlin böyük hissəsini – 141 milyon dolları direktor şirkətin səhmlərindən qazanıb. Ötən il ərzində Kukun əməkhaqqısı təxminən 3 milyon dollar təşkil edib.

Siyahıda üçüncü yeri, "Goldman Sachs”ın keçmiş vitse-prezidenti, hazırda isə "Evercore Partners” idarə heyətinin sədri olan Con Baynberq tutub, il ərzində təxmini qazancı 124 milyon dollar təşkil edib.

Dördüncü pillədə "Alphabet” (Google-un törəmə təşkilatı) şirkətinin baş direktoru Sundar Pitsai yer alır. Ötən il ərzində onun gəlirləri 106,5 milyon dollar təşkil edib. Həmin vəsaitdən 650 min dollar əməkhaqqı, 105,4 milyon dollar isə mükafatlar olub.

"Tesla”nın təsisçisi İlon Mask il ərzində 99,7 milyon dollar qazanıb ki, onun da 46 min dolları əməkhaqqı, 99,6 milyon dolları isə mükafatların payına düşür.

Həmçinin yüksək əməkhaqqı qazanan top menecerlərin siyahısına İBM-nin rəhbəri Cinni Rometti (96,7 milyon dollar), "Caesars Acquisition” baş direktoru Mitç Qarber (91,1 milyon dollar), "Viacom” şirkətinin sabiq direktoru Filipp Dauman (87,8 milyon dollar), "CBS Corporation”un direktoru Lesli Munvs (83,6 dollar) və "Gamco Investors”un baş direktoru Mario Qabelli (75,9 milyon dollar) daxil olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Dünya 00:17
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Dünya 22:57
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Türkiyədə minimal əməkhaqqı artırılıb
Dünya 20:41
Türkiyədə minimal əməkhaqqı artırılıb
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Dünya 19:09
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
İrandan İraqa qaz tədarükü dayandırılıb
Dünya 19:00
İrandan İraqa qaz tədarükü dayandırılıb
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Dünya 14:29
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 12:55
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Dünya 09:52
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Dünya 08:48
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol