• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Yaxın 2 ildə böhran başlayacaq - Proqnoz

Yaxın 2 ildə böhran başlayacaq - Proqnoz
16.05.2017 10:12
"Hazırda dünya yol ayrıcına çatıb. Bir yol çox sürətli iqtisadi inkişafa, digər yol isə durğunluq, qeyri-sabitlik və xaosa aparacaq". "Report" "Vesti" saytına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın eks-prezidenti Barak Obamanın iqtisadi müşaviri, məşhur biznesmen, bir sıra kitabın müəllifi, "Allianz" sığorta şirkəti kimi bir sıra böyük şirkətlərin iqtisadi məsləhətçisi olan Məhəmməd əl-Ərian verib.

Əl-Ərian yaxın 2 ildə iqtisadi böhranın başlaya biləcəyini bildirib: "Hazırda biz pauza mərhələsindəyik. Tədricən maliyyə bazarları "Brexit", Donald Trampın prezidentliyi kimi hadisələri daha düzgün qiymətləndirməyə başlayacaq", - deyə iqtisadçı qeyd edib. Əl-Ərian son illərdə yaşanan zəif iqtisadi artımın zənginlik, gəlir və imkanların bölüşdürülməsində qeyri-bərabərlik yaratdığını xatırladıb. Gənclər arasında işsizliyin artması isə ən təhlükəli məqam kimi ortaya çıxır.

İqtisadçının fikrincə, mərkəzi banklar süni şəkildə maliyyə bazarlarına dəstək verərək böhranı önləyə bilib. Lakin bu, çox uzun çəkə bilməz. Süni maliyyə sabitliyi kəskin volatilliklə əvəz oluna bilər. Bunun önlənməsi üçün isə birbaşa investisiyalar artmalı, vergilər azaldılmalı, yüksək borc yükü olan ölkələrin problemləri həll edilməli, nəhayət, qlobal idarəetmə sistemində islahatlar həyata keçirilməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol