• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Hərbi ekspert: Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır

Hərbi ekspert: Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır
16.05.2017 15:35
"Cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksinin məhv edilməsini Azərbaycan Ordusu davam etdirməlidir. Hətta təklif və təkid edirəm ki, Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Ermənistanın cinayətkar prezidenti öz dəstəsilə Xankəndi aeroportuna və ya Füzuli-Xocavənd istiqamətinə gələndə məhv edilsinlər."

Milli.Az xəbər verir ki, bunu istipress-ə müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ermənilərin zenit-raket kompleksinin məhv edilməsinə və qarşı tərəfin hansı addımlar atacağına rəy bildirən polkovnik bildirdi ki, Azərbaycan heç nədən qorxmamalı və çəkinməməlidir.

"Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmırsa, niyə onların boşboğazlıq etməyini gözləməliyik. Zenit-raket kompleksi Azərbaycan qoşunlarının düz yaxınlığına gətirilmişdi. Onu elə-belə gətirməyiblər ki. Ordumuzun hərəkətlərini izləmək, pilotsuz uçan aparatlarımıza mane olmaq istəyirdilər. Silahlı Qüvvələrimiz də onları məhv etdi. Ən maraqlısı isə Ermənistan tərəfinin açıqlaması oldu. Düşmənin Müdafiə Nazirliyi bəyan etdi ki, ZRK-da heç kim olmayıb. Onlar deyəsən o qədər "savadlanıblar" ki, PUA ilə ZRK-nı səhv salırlar. Yəqin həmin kompleksi ora gətirmişidlər ki, şəxsi heyət darıxmasın", - Üzeyir Cəfərov vurğuladı.

Ermənilərin hədə-qorxusuna gəlincə, hərbi ekspert bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri düşməni yerində oturtmaq üçün həmlə gözləyir.

"Heç nədən narahat olmağa dəyməz. Biz bunu çoxdan arzulayırıq ki, düşmən başından böyük qələt eləsin. Azərbaycan hərbçilərinə və ya texnikasına qarşı hər hansı bir hərəkət olarsa, bu, Ermənistanın özünə qəsd etməsinə bərabər bir addım olacaq", - Üzeyir Cəfərov bildirdi.

Xatırladaq ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 22:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol